Əsas Səhifə > Hadisə > Öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.
Öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.5-02-2022, 12:37 |
Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib. Şəffaflıq.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb. Bu gün Xəzər rayon Məhkəməsində prokurorluğun T. Allahyarov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılacaq. Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib. Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar. Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib. Geri qayıt |