Əsas Səhifə > Hadisə > Ötən gün 56 nəfər şənliyə buraxılmayıb
Ötən gün 56 nəfər şənliyə buraxılmayıb5-02-2022, 09:35 |
Ötən gün 56 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, DİN-in, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 104 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 56 nəfər “COVID-19” şənliyə buraxılmayıb. Geri qayıt |