Əsas Səhifə > Hadisə > Dənizkənarı Milli Parkda ərəb turist öldü

Dənizkənarı Milli Parkda ərəb turist öldü


15-08-2019, 00:32
 Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.
"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.
P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib (Report).
Geri qayıt