Əsas Səhifə > SON XƏBƏR > Azərbaycanda psixiatriya xəstəxanasından iki nəfər qaçdı

Azərbaycanda psixiatriya xəstəxanasından iki nəfər qaçdı


3-02-2022, 14:25

 

Azərbaycanda psixiatriya xəstəxanasından iki nəfər qaçıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Görülən operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil veriliblər.


Şəffaflıq.az
Geri qayıt