Əsas Səhifə > KARUSEL > Yəhudilərdən Osmanlı dövləti haqqında gözlənilməz ETİRAF – İLK DƏFƏ
Yəhudilərdən Osmanlı dövləti haqqında gözlənilməz ETİRAF – İLK DƏFƏ24-11-2018, 17:44 |
İsrailin məşhur “Haaretz” qəzeti tarix boyu Yaxın Şərqdə sülhü qoruyan yeganə gücün Osmanlı imperiyası olduğunu etiraf edib. Türkiyə mediası yahudi mediasının Osmanlı haqqında ilk dəfə belə etiraf etdiyini yazır... Şəffaflıq.az xəbər verir ki, qəzet yazır ki, I və II Dünya müharibələrindən sonra Yaxın Şərqdə heç vaxt sülhü qorumaq mümkün olmadı. “Xüsusilə I Dünya müharibəsindən sonra Osmanlı dövlətindən ayrılaraq öz dövlətlərini quran millətlər etnik azlıqları əzdilər, onları assimilyasiya etməyə çalışdılar. Osmanlı dövləti bu coğrafiyaya hakim olduğu yüz illər boyunca hakimiyyəti altındakı bütün xalqlara xoşniyyətli yanaşdı, bütün etnik xalqlara bərabər gözlə baxdı, hər kəsə ədalət və yaxşı həyat təmin etdi. Yəhudi irqinin taleyi də Osmanlının dağılmasından sonra pisə doğru dəyişdi. Osmanlı dövlətinin dağılması bütün Avropa və Yaxın Şərq sülhünə qarşı ən böyük zərbə idi. Belə bir birləşdirici güc olmadığı təqdirdə, coğrafiyanın taleyi müharibəyə məhkum olacaq”, - deyə qəzet qeyd edib. Geri qayıt |