Əsas Səhifə > XARİCİ XƏBƏR > Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard dollar sərmayə qoyacaq
Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard dollar sərmayə qoyacaq2-02-2022, 10:12 |
Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard ABŞ dolları sərmayə qoyacaq. "Report" "Al Watan" informasiya portalına istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya texnologiyaları naziri Abdulla əl-Savaha Ər-Riyadda keçirilən LEAP beynəlxalq konfransının açılışında bildirib. Neft nəhəngi "Aramco" dünya üzrə startaplara 1 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır, telekommunikasiya şirkəti "Saudi Telecom" isə bulud və rəqəmsal xidmətlər mərkəzi yaratmaq üçün analoji məbləğdə vəsait ayırır. Bununla yanaşı, Qırmızı dənizdəki metropolis layihəsinə 1 milyard ABŞ dolları ayrılacaq. Həmçinin, Dövlət İnvestisiya Fondu ilə Çinin elektron ticarət nəhəngi "Alibaba"nın törəmə şirkəti arasında 2 milyard dollarlıq texnoloji tərəfdaşlıq elan edilib. Daha 1,4 milyard ABŞ dolları isə sahibkarlıq və fondları dəstəkləmək üçün nəzərdə tutulub. Geri qayıt |