Əsas Səhifə > Hadisə > Ötən gün toylara görə 1 nəfər cərimələnib, 2 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 2 nəfər şənliyə buraxılmayıb


1-02-2022, 09:29
 Ötən gün toylara görə 1 nəfər cərimələnib, 2 nəfər şənliyə buraxılmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 31-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 61 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 60 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Şəffaflıq.az 
Geri qayıt