Əsas Səhifə > REGİON > Gürcüstanda kömür mədənində partlayış olub, ölən və xəsarət alanlar var

Gürcüstanda kömür mədənində partlayış olub, ölən və xəsarət alanlar var


31-01-2022, 09:08
 Gürcüstanın Tkibuli şəhərində Mindeli adına kömür mədənində partlayış baş verib.
Şəffaflıq.az  xəbər verir ki, qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan biri ölüb, digərlərinin vəziyyəti isə ağır qiymətləndirilir.
Partlayışın səbəbləri araşdırılır.

Geri qayıt