Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda son sutkada 4 943 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edib
Azərbaycanda son sutkada 4 943 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edib30-01-2022, 17:33 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 656 284 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib, aktiv xəstə sayı 23 305 nəfərdir. Ölkədə son sutka ərzində 14 204, hazırkı dövrədək isə 6 149 156 test aparılıb. Şəffaflıq.az Geri qayıt |