Əsas Səhifə > SAĞLAMLIQ / SOSİAL MÜDAFİƏ > Əlilliklə bağlı müraciət edənlərin NƏZƏRİNƏ
Əlilliklə bağlı müraciət edənlərin NƏZƏRİNƏ29-01-2022, 14:48 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ora müraciət etmək istəyən vətəndaşlara çağırış edib. Bu barədə qurum məlumat yayıb. COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə bu ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək. Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz. Şəffaflıq.az Geri qayıt |