Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > ABŞ-ın Azərbaycanda resurs mərkəzlərinin yaradılmasına ayırdığı vəsaitin məbləği açıqlanıb

ABŞ-ın Azərbaycanda resurs mərkəzlərinin yaradılmasına ayırdığı vəsaitin məbləği açıqlanıb


28-01-2022, 15:43
2015-ci ildən indiyədək Azərbaycanda resurs mərkəzlərinin yaradılması, qadınların biznes təlimləri və onların biznes layihələri üçün göstərilən maliyə yardımı 4 milyon dollar olub.
Şəffaflıq.az xəbər verir ki, bunu USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqx deyib.
O bildirib ki, layihələrə Azərbaycan höküməti də yaxından dəstək göstərib: "Ona görə də biz bunu birgə yatırılan sərmayə adlandırırıq. Layihə çərçivəsində 4 Resurs Mərkəzi yaradılıb. Ümumilikdə isə biz 10 qadın resurs mərkəzinə dəstək göstəririk".

Geri qayıt