Əsas Səhifə > MALİYYƏ > Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub

Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub


28-01-2022, 12:05
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 1,7 milyard manat məbləğində 6 940 müraciət daxil olub.
Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
Onun sözlərinə görə, bu müraciətlərdən 2 630-na müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit verilib. Kreditlərin say üzrə 99,4 %-i, məbləğ üzrə isə 91,7 %-i mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.
Xatırladaq ki, 30 iyun 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədərki dövrü əhatə edən proqram çərçivəsində 500 milyon manatlıq kreditə 300 milyon manata qədər dövlət zəmanətinin verilməsi, eyni zamanda kredit faizlərinin 10 faiz bəndinə qədər hissəsinin subsidiyalaşması nəzərdə tutulurdu.

Geri qayıt