Əsas Səhifə > RƏSMİ XƏBƏR > Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi AÇIQLANDI
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi AÇIQLANDI27-01-2022, 23:10 |
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib. 1. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 4. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 5. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 11. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 12. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). Geri qayıt |