Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda dövlətə məxsus 3 helikopter hərraca çıxarılır
Azərbaycanda dövlətə məxsus 3 helikopter hərraca çıxarılır27-01-2022, 18:31 |
![]() Bu barədə Şəffaflıq.az nazirliyə istinadən xəbər verir. Bildirilib ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir. Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 %-i məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər. Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış ola bilərsiniz: (https://bit.ly/3H9Qhke ). Geri qayıt |