Əsas Səhifə > Hadisə > Cəlilabadda avtomobil aşdı: Ölən və yaralananlar var

Cəlilabadda avtomobil aşdı: Ölən və yaralananlar var


26-01-2022, 23:53

 

Cəlilabad rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 26-sı saat 01:00 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şəffaflıq.az
Geri qayıt