Əsas Səhifə > Siyasət / Dünya > NATO: Minlərlə əsgərə "hazır ol" əmri verildi

NATO: Minlərlə əsgərə "hazır ol" əmri verildi


24-01-2022, 15:01

 

Qərb dünyasının, xüsusilə ABŞ və İngiltərənin “Rusiya Ukraynanı işğal etməyə hazırlaşır” iddiaları davam edərkən, NATO Şərqi Avropada hərbi gücləin artırılması ilə bağlı bəyanat verib.


Şəffaflıq.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq minlərlə əsgərə "hazır olmaq" əmrini verdiklərini bildirib.

Minlərlə əsgərə "hazır ol" əmri verdiklərini deyən Stoltenberq, NATO müttəfiqlərinin daha çox gəmi və döyüş təyyarəsi göndərəcəyini bildirib:

"NATO bütün müttəfiqlərini qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək, o cümlədən alyansın şərq hissəsini gücləndirəcək", - deyən NATO-nun baş katibi əlavə qüvvələr göndərdiklərinə görə təşkilatın üzv dövlətlərinə təşəkkür edib.

"Müttəfiqlər NATO-nun Şərqi Avropadakı yerləşdirmələrinə əlavə gəmilər və döyüş təyyarələri göndərir. Bu, Rusiya Ukrayna ətrafında hərbi gərginliyin davam etdirdiyi bir vaxtda Müttəfiqlərin müdafiəsini gücləndirir", - deyə NATO-dan verilən yazılı açıqlamada bildirilir.

Açıqlamaya görə; Danimarka NATO-nun regionda uzun müddət davam edən hava polisi missiyasını dəstəkləmək üçün Baltik dənizinə bir freqat, Litvaya isə 4 "F-16" döyüş təyyarəsi yerləşdirəcək.

İspaniya NATO dəniz qüvvələrinə dəstək üçün döyüş gəmiləri göndərəcək və Bolqarıstana qırıcı təyyarələr yerləşdirəcək. Fransa NATO komandanlığı altında Rumıniyaya qoşun yeridəcək. Hollandiya NATO-nun bölgədəki hava polisi fəaliyyətlərini dəstəkləmək üçün aprel ayından etibarən Bolqarıstana 2 ədəd "F-35" döyüş təyyarəsi göndərəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar Alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmaq niyyətində olduğunu açıq şəkildə bəyan edib.
Geri qayıt