Əsas Səhifə > Redaktor seçimi > Hansı heyvanlar qurban kimi kəsilə bilər? Qurban bayramı haqqında ətraflı məlumat.

Hansı heyvanlar qurban kimi kəsilə bilər? Qurban bayramı haqqında ətraflı məlumat.


11-08-2019, 01:20
 Müqəddəs qurban bayramı İslam dininin mühüm bayramlarından biridir. 
Həmin gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın "oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Quran Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibi  olduqdan sonra onu Allah talla yolunda kəsilmə əmri də məhzhəmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir, ey İbrahim sən bu İlahi sınaqdan layiqincə çıxdın və bundan sonra Cəbrayıl mələk  vasitəsi ilə bir qoç göndərir və İsmailin əvəzinə həmin qoçun kəsilməsini istəyir. Məhz bu hadisədən sonra Minada qurban kəsmək adət-ənənəyə çevrilir.  Bundan əlavə xalis bəndənin bu çətin imtahandan  başıuca və alnıaçıq çıxması ilə öz bəndəliyini Aləmlərin Rəbbi qarşısında isbat edir, buna görə də bu gün sevincli və bayram günü kimi tarixə düşür, hazırki zəmanəmizdə bəndələrin böyük bir qrupu bu əməli həmişə diri tutmaq xatirinə, Allah evinin ziyarətinə gedir və xüsusən də ənənəyə sadiq qalaraq Minada qurban kəsirlər. Allah taala bu möhtəşəm ziyarəti hər birimizə qismət etsin.

Bildiyimiz kimi zillhiccə ayının onuncu günü müqəddəs qurban bayramıdır, bu günün və gecəsinin özünə məxsus bir nəçə əməlləri vardır. Bu gecə mübarək və bərəkətli gecələrdəndir, bu gecədə əhya saxlamaq çox bəyənilmişdir, həmçinin İmam Huseyn (ə) ziyarəti və bu gecəyə aid olan duaları oxumaq gecənin əməllərindəndir.

Qurban bayramı gününün özünə məxsus əməlləri:

Birinci: əməl qusldur, bu gündə qusl etmək Əllamə məclisinin nəzərində çox təkid olunmuş və savab əməllərdəndir, hətta bəzi alimlər bu gündə qusl etməyi vacib bilmişlər.

İkinci: əməl bayram namazıdır, eyni ilə fitr bayramının namazı kimidir (Bu namaz İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma O həzrət qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Bayram namazlarının vaxtı günəş doğandan günortayadəkdir, müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra qılınsın. Bayram namazı iki rəkətdir, birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: «Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh əsəlukə bihəqqi hazəl-yəv, əlləzi cəəltəhu lil-musliminə iydən və limuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidə, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmmədin sələvatukə ələyi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun»).

Sadəcə bunun fərqi bundadır ki, fitr bayramı günü iftar edib namazı qılmaq lazımdır, bu bayramda isə namaza qədər ac qalıb namazdan sonra qurban əti yemək savabdır.

Üçüncü: əməl səhifeyi səcadiyəyi kamilə kitabında bayram günü üçün qeyd olunan qırx səkkiznci duanı bayram namazından qabaq və sonra  oxumaqdır ki, belə başlayır "Allahummə həzə yovmun mubarək” əgər qırx altıncı duanı da oxuyarsa bu da savabdır.

Qurban bayramı niyə keçirilir?

“Qurban” kəlməsinin lügəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban “ ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir.
İslamda qurbanın dini hökmü ilə əlaqədar olaraq Quranda və Hz. Mühəmmədin(s) hədislərində bəyanlar vardır. Məsəslən, Qurani Kərimin əl- Kövsər surəsinin 2-ci ayəsində açıq şəkildə buyurulur ki, “Rəbbin üçün namaz qıl, qurban kəs”. Həzrəti Peybəmdərin (s) hədislərində də qurban kəsmənin vacibliyi vurğulanır:“Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim məscidimizə yaxınlaşmasın”(hədis,İbn Mace,”ədahi”,2).
Kimlər qurban kəsməlidir? Qurban kəsən şəxsdə də dört şərt olmalıdır:

1. Müsəlman olmaq
Qurban kəsmək istəyən hər bir kimsənin islamın digər ibadətlərində olduğu kimi müsəlman olması lazımdır. Qeyri müsəlmanların qurban kəsməsi vacib deyil.
2. Ağıllı və həddi buluğ yaşında olmaq.
Ağıl xəstəsi və uşaqların dini və hüquqi cavabdehliyi olmadığı üçün qurban kəsmələri vacib deyil.
3. Səfərdə olmamaq.
Səfərdə olan müsəlman qurban kəsmək məcburiyyətində deyil. Amma istərsə, maddi vəziyyəti buna imkan verirsə kəsə bilər.
4. Müəyyən miqdar bir mala sahib olmaq.
Müsəlman borcları və ehtiyaclarından başqa 20 misqal(85 qr) qızıla və ya buna bərabər olan pula və ya mala sahib olarsa, dinimizə görə zəngin sayılır. Bu miqdar mala sahib olan müsəlman qurban kəsməlidir.
Hansı heyvanlar qurban kimi kəsilə bilər?

Qurbanlıq heyvanla və onun kəsilməsi ilə əlaqədar bəzi şərtlər vardır:

1. Dinimizə görə qurbanlıq heyvan növləri bunlardır:
qoyun, keçi, inək və camış və dəvə.
Ancaq bu heyvanlardan qurban kəsilə bilər. Toyuq, xoruz, ördək, qaz, dəvə quşu, ceyran kimi heyvanlardan qurban kəsmək olmaz. Qurbanlıq heyvanın erkək və ya dişi olmasının fərqi yoxdur, lakin qoyunun erkəyinin, digərlərinin isə dişisinin kəsilməsi daha üstündür.
Qoyun və keçini ancaq bir nəfər, dəvə, inək və camış cinsindən olan heyvanı isə ən çox yeddi nəfər birləşib qurban olaraq kəsə bilər.
2. Qoyun və keçi cinsindən olan heyvanlar bir yaşında qurban kəsilə bilərlər. Amma fəqihlərin bir çoxunun fikrinə görə, qoyun alti ayliq olub bir yaşındaki qoyuna bənzər olduqda qurban olaraq kəsilə bilər.
İnək və camış cinsindən olan heyvanlar iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban olaraq kəsilə bilər.
3. Kəsiləcək heyvanın sağlam və bütün üzvləri yerində olmalıdır. Xəstə, zəif, gözü kor, qulaqları və buynuzları kökündən kəsilmiş, dili kəsik, dişləri tökülmüş və s. heyvanlardan qurban kəsilməz. Ancaq heyvanın doğuşdan topal, buynuzsuz, bir qulağı yırtılmış və s. olması qurban olaraq kəsilməsinə maneə deyil.
4. Qurbanın səhih( doğru) olması üçün heyvanı ancaq təyin olunmuş günlərdə kəsmək lazımdır. Qurban, qurban bayramının ilk iki gününündə 12, 13 günlərində, bayram namazından sonra, bayramın 2-cü gününün axşamına qədər kəsilə bilər. Bəzi fəqihlərə görə bu müddət bayramın 3 gününün axşamına qədərdir. Bayram namazı qılınmayan yerlərdə isə qurban sabah namazı vaxtından etibarən kəsilə bilər. Qurbanın bayramın 1-ci günü kəsilməsi daha fəzilətli sayılır. Qurbanların gündüz kəsilməsi daha üstündür, amma təhlükə yaradan bir maneə olmadıqda gecə də kəsilə bilər.
5. Qurban ibadət niyyəti ilə kəsilməsi şərtdir. Quranda kəsilən heyvanların ət və qanları deyil, kəsən müsəlmanın niyyət, təqvasının Allaha çatacagı bildirilir(əl-Həc 37).
Qurbanlıq niyyəti ilə alınan heyvan ölərsə, imkanı olan təkrar heyvan ala bilər. İmkanı olmayanın alması şərt deyildir.
Qurbanı necə kəsmək lazımdır?

Qurbanlıq heyvanın kəsilməsində bəzi qaydalara riayət etmək lazımdır. Heyvan kəsiləcək yerə incidilmədən götürülür, kəsiləcək zaman da qıbləyə qarşı və sol tərəfi üzərində yatırılır. Əlindən gəldiyi qədər hər bir mükəlləfin qurbanını özü kəsməlidir. Amma bacarmadığı halda başqasına vəkalət verib kəsdirə bilər. Qurban sahibinin kəsmə zamanı orada olması müstəhəbdır. Heyvan yerə yatırılarkən Qurani-Kərimdən “Üzümü göyləri və yeri yaradan Allaha, Onun birliyinə inanaraq cevirdim. Mən müşriklərdən deyiləm”(əl-Ənam 79), “Mənim namazım, ibadətim, həyatım və ölümüm Aləmlərin Rəbbi olan Allah üçündür. Onun ortagı yoxdur. Mənə belə əmr olundu və mən Allaha təslim olanların ilkiyəm”(əl-Ənam,162-163) ayələri oxunulur. “Ey Allahım, dostun İbrahimdən və həbibin Mühəmməd (s)dən qəbul etdiyin kimi, məndən də qəbul buyur” şəklində dua edilərək təkbir gətirilir.
Qurbanı kəsən şəxs heyvana əziyyət etməməli, bıçagı heyvana göstərməməlidir. Sağ əlində tutduğu bıçaqla heyvanı kəsərkən “Bismilləhi Allahu Əkbər” deməlidir. Qurbanı vəkil kəsdiyi halda qurbanın sahibi də “bismilləh”də iştirak etməlidir. Qoyun, keçi və inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq göksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli və heyvanın qanı axıdılmalıdır.
Qurbanlıq heyvanın əti necə bölüşdürülməlidir?

Qurbanı kəsdirən kimsə ətin bir hissəsini yeyib və yedizdirə bildiyi kimi digər hissini də paylaya bilər. Bu haqda islam alimlərinin belə bir tövsiyəsi vardır: qurbanlıq ət üç yerə bölünməli, bir hissəsi qurban sahibinə və onun baxmaqla cavabdeh olduğu kimsələrə, ikinci hissəsi dost və qohumlara, üçüncü hissəsi isə qurban kəsməyən kasıblara paylanmalıdır. Amma əgər qurban sahibinin ailə üzvlərinin sayı çoxdurdursa ətin hamısı paylanmadan ailədə qala bilər. Qurbanlıq ətin dəqiq olaraq paylanmasının bir ölçüsü olmadığı üçün qurban sahibi imkan və vəziyyətini nəzərə alaraq ibadət düşüncəsi ilə hərəkət etməlidir.
Qurban Allah rızasını qazanmaq üçün kəsildiyindən qurbanın ətinin və ya digər parçalarının satılması caiz deyildir. Əgər qurban qəssabda kəsilmişsə, qəssabın pulu nə qurbanın əti, nə də dərisi ilə ödənilməz. Qurbanlıq heyvanı kəsmədən əvvəl sütündən və yunundan istifadə etmək tövsiyyə edilmir. Əgər istifadə edilmişsə, onun yerinə miqdarının dəyəri qədər sədəqə verilməlidir. Qurbanlıq qoyun və ya keçinin yunu kəsildikdən sonra qırxılıb evdə istifadə edilə bilər, lakin yunun satılması qadağandır.
Qurban əti kəsildiyi məkandan uzaqlarda, daha çox ehtiyac sahibləri olan yerlərdə paylanmaq üçün də göndərilə bilər.
Heyvanların kəsilmə işləri qurtardıqdan sonra ətraf təmizlənməli, atılan parçalar dərin bir quyu qazılaraq basdırılmalıdır.
Daha hansı qurban növləri var?

Qurban bayramında kəsilən qurbanlardan başqa yenə də ibadət niyyəti ilə kəsilən başqa qurban növləri də vardır. Bunlardan biri nəzir qurbanıdır. Nəzir qurbanını kəsən kimsə və onun ailə üzvləri qurbanlıq ətdən yeyə bilməz. Əgər yesələr bu halda yedikləri ətin miqdarına uyğun olan pulu sədəqə olaraq verməlidirlər.
Uşagın doğulması səbəbi ilə Allaha şükür nişanəsi olaraq kəsilən qurbana əqiqə qurbanı deyilir. Əqiqə yeni doğulan uşağın başındakı sacın adıdır. Bu qurbanı uşağın doğulduğu gündən buluğ yaşına qədər kəsilə bilər. Amma doğumun yeddici günü kəsilməsi müstəhəbdır. Həmin gündə uşağa ad verilməsi və saçından kəsilərək ağırlığı qədərində gümüş və ya qızılın qiymətində sədəqə verilməsi tövsiyyə edilmişdir. Kəsilən qurban ətindən qurban sahibi, ailə üzvləri, yaxın dostları da yeyə bilər. Hz. Mühəmməd nəvəri Hz. Həsən və Huseyn üçün əqiqə qurbanı kəsmiş və yeni doğulan istər oğlan istərsə də qız olsun hər bir uşağ üçün əqiqə qurbanı kəsməyə tövsiyyə etmişdir.
Bundan başqa həcc zamanı zəvvarların bəzi qaydalara riayət etmədikləri halda cəza və kəfarət olaraq kəsilən qurbanlar da vardır.
Qurban üçün əlverişli olan şərtlər və hər bir heyvan nəzir, əqiqə qurbanı və cəza qurbanları üçün də əlverişlidir.

Qeyd edək ki, Baş nazir Novruz Məmmədov 2019-cu ildə ölkədə bayram günləri haqqında sərəncam imzalayıb. Qurban bayramı ilə əlaqədar  2 gün – avqustun12-dən 13-nə qədər qeyri-iş günü olacaq.

Vahid İsmayılov
Şəffaflıq.az
Geri qayıt