Əsas Səhifə > Hadisə > Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb
Goranboyda ağır yol qəzasında ölənlərin sayı artıb23-01-2022, 22:10 |
Goranboyda avtomobil qəzasında ölənlərin sayı artıb. Şəffaflıq.az xəbər verir ki, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Qeyd edirik ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib. İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb. Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Geri qayıt |