Əsas Səhifə > İdman > “Paris Open”: İrina Zaretskaya gümüş medal qazanıb

“Paris Open”: İrina Zaretskaya gümüş medal qazanıb


23-01-2022, 22:08

 

Azərbaycanın qadın karateçisi İrina Zaretskaya “Paris Open 2022” turnirində final görüşünə çıxıb.

68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İrina Zaretskaya İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.


Şəffaflıq.az
Geri qayıt