Əsas Səhifə > Digər > Qarlı hava kənd təsərrüfatına necə təsir göstərir?

Qarlı hava kənd təsərrüfatına necə təsir göstərir?


23-01-2022, 16:34

 

Ötən illərdən fərqli olaraq bu il Şimal bölgəsində havalar daha sərt keçir. Artıq bir neçə müddətdir ki, xüsusilə Qubada qarlı hava müşahidə olunur. Dağlıq ərazilərdə hətta -20 dərəcə şaxta qeydə alınıb.

Bəs bu cür hava şəraiti kənd təsərrüfatına ziyandırmı?

Güclü qarın yağması bir sıra sahələrdə çətinliklərə səbəb olsa da, qubalı fermerlərin ürəyincə olub. Qarı ruzi-bərəkət hesab edən bağbanlar hava şəraitinin onların təsərrüfatı üçün faydalı olacağını hesab edirlər.


Şəffaflıq.az 
Geri qayıt