Əsas Səhifə > Dünya > ABŞ Hərbi Dəniz Qüvvələri İrandan gələn gəmini ələ keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri İrandan gələn gəmini ələ keçirib


23-01-2022, 16:27

 

ABŞ-ın Hərbi Dəniz Qüvvələri İrandan yola düşən gəmini ələ keçirib.

Ölkənin Beşinci Donanmasının məlumatına görə, gəmi Yəmənin şimalında Ənsar Allah (Husi) üsyançılarına partlayıcı maddələrin istehsalında istifadə olunan maddə daşıyıb.

İnsidentin yanvarın 18-də baş verdiyi və gəminin ənənəvi olaraq Yəmən husilərini silahla təmin etmək üçün istifadə olunan marşrutla hərəkət etdiyi qeyd edilib.

Nəqliyyat vasitəsinin Oman körfəzində ələ keçirildiyi bildirilib.


Şəffaflıq.az
Geri qayıt