Əsas Səhifə > ƏSAS XƏBƏR / Gündəm > Nazirlər Kabineti karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
Nazirlər Kabineti karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib22-01-2022, 20:42 |
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdib.Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetindən verilən məlumata görə, qərarlarda göstərilir: - Laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. - COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək. - Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası ləğv edilir. Bu Qərarlar 2022-ci il yanvarın 24-dən qüvvəyə minir. Geri qayıt |