Əsas Səhifə > SƏHİYYƏ > Azərbaycanda son sutkada COVID-19-a 1 614 nəfər yoluxub, 16 nəfər vəfat edib
Azərbaycanda son sutkada COVID-19-a 1 614 nəfər yoluxub, 16 nəfər vəfat edib22-01-2022, 20:35 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib, aktiv xəstə sayı 11 671 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, ötən müddət ərzində isə ümumilikdə 6 056 428 test aparılıb. Şəffaflıq.az Geri qayıt |