Əsas Səhifə > XARİCİ XƏBƏR / Kriminal > Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar FOTO
Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar FOTO22-01-2022, 09:51 |
![]() Şəffaflıq.az “Novaya qazeta” qəzetinə istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq onu arvadını oğurlayıb aparıblar. Bu barədə Rusiyanın “İşgəncələr əleyhinə komitə” adlı təşkilatı (hazırda Rusiyada fəaliyyəti qadağandır-red.) məlumat yayıb. Qeyd etmək lazımdır ki, silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili işlər nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiyini göstəriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub. ![]() Hadisəyə münasibət bildirən Ramzan Kadırov telegram kanalda bunları yazıb: Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki, heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.Hurriyyet.az Geri qayıt |