Əsas Səhifə > Hadisə > Vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
Vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır22-01-2022, 09:23 |
Vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Sahil Abuşov və Qulu Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Şəffaflıq.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Belə ki, Sahil Abuşov və Qulu Muxtarov “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes qurmaq adıyla alıblar. Pulun onlara verilməsini T.Əhmədovun tanışı Soltan Əliyev təşkil edib. Ona görə də iş üzrə zərərçəkmiş qismində S.Əliyev tanınıb. Geri qayıt |