Əsas Səhifə > ƏSAS XƏBƏR > Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı21-01-2022, 15:59 |
Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı. NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir. Şəffaflıq.az Geri qayıt |