Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Əmək pensiyası ilə bağlı YENİLİK

Əmək pensiyası ilə bağlı YENİLİK


21-01-2022, 14:03

 

“İşləyən insanların əmək pensiyası ilə bağlı yenilik olacaq”.

Şəffaflıq.az məlumat verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.


Onun sözlərinə görə, işləyən şəxslərin əmək pensiyasının yenidən hesablanması qanunla tənzimlənir:


“Həmin şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə, işdən azad olunmasa belə, altı və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər. Hazırda bu pensiyaların pratik qaydada təyinatı ilə bağlı müzakirələr gedir. Yaxın vaxtlarda həmin məsələdə praktik qaydada təyinatı rəsmiləşəcək”.

Geri qayıt