Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib

Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib


20-01-2022, 23:42
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.
Şəffaflıq.az-ın məlumatına görə, Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir:
“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.
Onun sözlərinə görə,  regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.

Geri qayıt