Əsas Səhifə > Dünya > Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldı

Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldı


19-01-2022, 23:30

 

Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müavini Vladimir Tokarev korrupsiya işi üzrə saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Tokarev Cinayət - Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılıb”, - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, nazir müavininə qarşı qaldırılan cinayət işi onun çalışdığı qurumla bağlı deyil.

Başqa bir mənbə isə Tokarevin yanvarın 31-dək məzuniyyətdə olduğunu və sonradan işdən çıxarılacağını bildirib.

Qeyd edək ki, Vladimir Tokarev Rusiya nəqliyyat nazirinin müavini vəzifəsinə ötən il təyin edilib. O, “Dostluq” ordeni ilə təltif olunub.

Geri qayıt