Əsas Səhifə > Hadisə > Azərbaycanda sürücü polis şöbəsində ölüb
Azərbaycanda sürücü polis şöbəsində ölüb19-01-2022, 18:40 |
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib. Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib. Qeyd edib ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib, həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib. "Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş", - N.Piriyev vurğulayıb. Geri qayıt |