Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 1 151 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
Azərbaycanda daha 1 151 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb19-01-2022, 16:49 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib. 9 593 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, bu günə qədər isə ümumilikdə 6 028 671 test icra olunub. Geri qayıt |