Əsas Səhifə > Hadisə > Hacıqabulda baş verən qəzada dörd nəfər ağır xəsarət alıb

Hacıqabulda baş verən qəzada dörd nəfər ağır xəsarət alıb


19-01-2022, 09:56

 

Bakı-Qazax magistralında yol-nəqliyyat qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil arxadan “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt