Əsas Səhifə > Hadisə > Şamaxıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb
Şamaxıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb19-01-2022, 09:46 |
Şamaxıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Səməd Yusifovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Şəffaflıq.az-ın məlumatına görə, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, 2021-ci il iyunun 27-də Şamaxı rayonu ərazisində qeydə alınıb. Belə ki, S.Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. S.Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |