Əsas Səhifə > XARİCİ XƏBƏR > Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib.
Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib.18-01-2022, 23:26 |
Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir. Məlumata görə, bütün ölkədə konstitusiya quruluşu bərpa edilib, lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir. Xatırladaq ki, yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev artan iğtişaşlar və qırğınlar fonunda fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Rejim yanvarın 19-u yerli vaxtla saat 00:00-dək tətbiq edilib. Yanvarın 12-də vəziyyət sabitləşdiyi üçün Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilib. İki gün sonra, yanvarın 14-də prezident Çimkent, Şərqi Qazaxıstan, Qaraqanda, Türküstan, Akmola və Kostanay vilayətlərində rejimin ləğvi haqqında fərmanlar imzalayıb. Geri qayıt |