Əsas Səhifə > XARİCİ XƏBƏR > "Aralıq dənizinin şərqindən Avropaya qaz nəqli ilə bağlı heç bir layihə Türkiyəsiz həyata keçirilə bilməz".

"Aralıq dənizinin şərqindən Avropaya qaz nəqli ilə bağlı heç bir layihə Türkiyəsiz həyata keçirilə bilməz".


18-01-2022, 17:42

"Aralıq dənizinin şərqindən Avropaya qaz nəqli ilə bağlı heç bir layihə Türkiyəsiz həyata keçirilə bilməz".
Şəffaflıq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Aralıq dənizinin şərqindəki qaz yataqlarından dənizin dibilə Kipr və Krit adaları üzərindən Yunanıstana çəkilməsi nəzərdə tutulan, amma xitam verilən “EastMed” boru kəməri layihəsini şərh edərkən bildirib.
Albaniya səfərindən qayıdarkən təyyarədə mətbuatla söhbət edən Türkiyə lideri “EastMed” layihəsinin iqtisadi cəhətdən səmərəsiz olmasının elə əvvəlcədən bəlli olduğunu, həyata keçirilən təhlillərdən sonra ABŞ-ın da dəstəyini çəkdiyini dilə gətirib: “Əslində burada daim söylənilən nədir? Bu iş Türkiyəsiz olmaz. Çünki buradan Avropaya əgər qaz gedəcəksə, ancaq Türkiyə üzərindən olacaq”.
Türkiyə Prezidenti “EastMed” əvəzinə bölgə ölkələrilə danışıqlar aparmaqla, onların mənafeyini nəzərə almaqla belə bir layihənin ərsəyə gətirilə biləcəyini də bildirib.
R.Ərdoğan Qara dənizdə və Aralıq dənizinin şərqində enerji daşıyıcılarla bağlı kəşfiyyat işlərinə bundan sonra da davam edəcəklərini vurğulayıb.

Geri qayıt