Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb18-01-2022, 17:34 |
Bağça müdirləri ilə əmək müqaviləsinin müddəti uzadılıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nazirlik uşaq bağçalarının müdirləri barədə müsbət qərar verib: "Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib. Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq". Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib. Şəffaflıq.az Geri qayıt |