Əsas Səhifə > Hadisə > Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib
Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib17-01-2022, 13:46 |
![]() Şəffaflıq.az-ın məlumatına görə, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ![]() ![]() ![]() Allah rəhmət eləsin! Geri qayıt |