Əsas Səhifə > Hadisə > Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 10 silah götürülüb.
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 10 silah götürülüb.15-01-2022, 10:24 |
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 10 silah götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır. Şəffaflıq.az Geri qayıt |