Əsas Səhifə > XARİCİ XƏBƏR > Ötən il Rusiya vətəndaşlığını 667 mindən çox xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs alıb.
Ötən il Rusiya vətəndaşlığını 667 mindən çox xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs alıb.15-01-2022, 10:16 |
Ötən il Rusiya vətəndaşlığını 667 mindən çox xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs alıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 2020-ci ilin uyğun dövründə isə bu rəqəm 563 min nəfər olub. “2021-ci ildə Rusiya vətəndaşlığı alanlar arasında Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistan vətəndaşları çoxluq təşkil edir”, - nazirlikdən bildirilib. Qeyd olunub ki, ötən ilin ilk 11 ay ərzində 800-dən çox yüksək ixtisaslı əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. 2020-ci ilin uyğun dövründə isə bu rəqəm 950 nəfər olub. Geri qayıt |