Əsas Səhifə > Cəmiyyət > Rafael Ağayev yenidən "Karate Combat"da: "Müqavilə imzalamaqdan məmnunuq"

Rafael Ağayev yenidən "Karate Combat"da: "Müqavilə imzalamaqdan məmnunuq"


13-01-2022, 21:26
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) yenidən "Karate Combat" turnirində çıxış edəcək.
"Report"un məlumatına görə, bu barədə turnirin rəsmi saytı xəbər yayıb. 5 qat dünya və 11 qat Avropa çempionu ilə uzunmüddətli müqavilə imzalanıb.
37 yaşlı idmançı turnirin yaxın aylarda start götürəcək 4-cü mövsümündə mübarizə aparacaq.
Əməkdaşlıqla bağlı fikirlərini bölüşən "Karate Combat"ın prezidenti Adam Kovaç Ağayevi karate üzrə bütün zamanların ən böyük idmançılarından biri hesab edib: "Biz onunla bu yeni müqavilə imzalamaqdan məmnunuq. Çünki olimpiya qələbələrinin impulsunu bizim turnirə gətirir və peşəkar dünya çempionatına can atır".
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.

Geri qayıt