Əsas Səhifə > SON XƏBƏR > Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib
Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib13-01-2022, 10:47 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib. Geri qayıt |