Əsas Səhifə > Maraqlı > Göz yaşartmayan soğan növü yaradıldı

Göz yaşartmayan soğan növü yaradıldı


12-01-2022, 16:33

 

İngiltərə mətbuatı soğan doğrayarkən gözdən axan yaşlara son qoyan “sonion” adlı yeni soğan növünün gələn həftə İngiltərə bazarlarında yerini alacağını açıqlayıb.


Şəffaflıq.az xəbər verir ki, peşəkar bitki yetişdiricisi Rick Watson tərəfindən genetik modifikasiya deyil, təbii texnika ilə hazırlanmış, göz yaşına səbəb olmayan soğan bir müddətdir ABŞ-da satılır. Bu yeni məhsulun üçlü paketinin İngiltərə bazarlarında 1,50 funt sterlinqə satılacağı bildirilir.

Bundan əlavə müxtəlif soğan növlərinin çarpaz tozlanması nəticəsində əldə edilən bu məhsulun fərqli iqlimlərdə yetişdirilə biləcəyini araşdırmaq üçün Fransa və İtaliyada araşdırmalar davam edir.

İstehsalçılar illərlə aparılan araşdırmalar nəticəsində əldə edilən “göz yaşartmayan” soğanın adi soğandan bir qədər şirin olduğunu, ancaq yeməklərə eyni dadı verdiyini iddia edirlər.
Geri qayıt