Əsas Səhifə > İqtisadiyyat > “Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb

“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb


10-01-2022, 17:15
Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.
Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, N.Həsənova bağlanmış "Lider" Televiziyasında texniki şöbədə işləyib.


Şəffaflıq.az 
Geri qayıt