Əsas Səhifə > Dünya > Britaniya Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlayacaq

Britaniya Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlayacaq


9-01-2022, 12:29

 

Böyük Britaniya bu sahədə Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlamağı planlaşdırır.

Bu barədə Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Toni Radakin bildirib.

“Bizdə hipersəs raketləri yoxdur, lakin olmalıdır”, - deyə o “Times” nəşrinə müsahibəsində vurğulayıb.

Nəşr bu konteksdən qeyd edir ki, Radakin planları açıqlayıb, onların məqsədi “Rusiyanın artan hərbi gücü ilə rəqabət aparmaq”dır.


Şəffaflıq.az
Geri qayıt