Əsas Səhifə > Hadisə > Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb
Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb5-01-2022, 18:12 |
![]() Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Şəffaflıq.az Geri qayıt |