Əsas Səhifə > Dünya / Maraqlı > Dünyanın ən yaşlı qadını 119 yaşını qeyd edir
Dünyanın ən yaşlı qadını 119 yaşını qeyd edir3-01-2022, 13:43 |
“Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yaponiyalı Kane Tanaka bazar günü 119 yaşını qeyd edir. Tanaka Fukuoka prefekturasındakı qocalar evində yaşayır və antikovid məhdudiyyətlərə görə qohumları ilə görüşmək imkanı çox azdır. Yapon qadın 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub. Tanaka bütün həyatı boyu müharibədən əvvəl açılmış düyü tortu mağazasında çalışıb. 1970-ci illərdə təqaüdə çıxdıqdan sonra o, bir neçə dəfə ABŞ-a səfər edib. Tanaka 2005-ci ildən qocalar evində yaşayır. O, tezdən durur, stolüstü oyunlar oynamaqla əylənir və şirniyyatlardan həzz alır. Şəffaflıq.az Geri qayıt |