Əsas Səhifə > Hadisə / Dünya > Koloradoda meşə yanğınları minə yaxın evi məhv edib

Koloradoda meşə yanğınları minə yaxın evi məhv edib


2-01-2022, 21:27

 

Kolorado ştatının Boulder dairəsində meşə yanğınları nəticəsində məhv olan evlərin sayı, yenilənmiş məlumatlara görə, 600-dən 991-ə yüksəlib.

Bu barədə Boulder dairəsinin şerifi Co Pelle mətbuat konfransında bildirib.

Onun ofisindən yayılan məlumata görə, yanğınlar nəticəsində üç nəfər itkin düşmüş olaraq qalır.

İlkin versiyaya görə, meşə yanğınları ərazidə elektrik xətlərinin qırılmasından sonra yaranan qısaqapanma səbəbindən başlayıb.


Küləkli hava nəticəsində alov çox sürətlə yayılıb. Xoşbəxtlikdən Kolorado tarixinin ən böyük yanğını kimi qiymətləndirilən təbii fəlakət bölgədə yağan qar sonrası söndürülüb.

Şəffaflıq.az


Geri qayıt