Əsas Səhifə > İdman > “Neftçi”nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub

“Neftçi”nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub


2-01-2022, 12:13

 

2021-ci ildə "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçunun adı açıqlanıb.

Şəffaflıq.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın sabiq oyunçusu Namik Ələskərovdur.

Hazırda Türkiyənin "Bursaspor" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi 13 dəfə topu rəqib qapılarından keçirib.

Qeyd edək ki, Namik Ələskərov 2017 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Geri qayıt