Əsas Səhifə > SİYASƏT > Rektor və İcra başçısı "Gələcəyin Qurucuları"nın qonağı olub

Rektor və İcra başçısı "Gələcəyin Qurucuları"nın qonağı olub


7-08-2019, 19:06
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, ADPU rəhbərliyi, "LEAD Education" Tədris Mərkəzi və "YURD" Gənclərin İntellektual İnkişafına Dəstək İB-in dəstəyi ilə avqust ayının 1-dən 8-nə qədər ADPU-nun Quba filialında keçirilən "Gələcəyin Qurucuları II" Yay Liderlik Məktəbinin VI günü iştirakçı tələbələr üçün çox əlamətdar olub.
Belə ki, avqustun 6-da ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Elmi və İnnovasiyalar üzrə prorektoru Asəf Zamanov, Tədris işləri üzrə prorektoru Eldar Aslanov, Ümumi işlər üzrə prorektoru Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, ADPU-un Quba filialının direktor müavini Aysel Şeydayeva, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova düşərgəni ziyarət ediblər.
Rektor və İcra başçısı Qubanın regional mərkəz rolu oynamaqla böyük potensiala malik olduğunu və bölgədə olan yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialının regionun sənaye və iqtisadi xüsusiyyətlərini nəzərə alaraq spesifik ixtisasların tədrisi ilə daha da əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıblar.
Universitet rəhbərliyi düşərgə iştirakçıları ilə ümumi görüş keçirib, onların təəssüratları, ictimai və tədris fəaliyyəti ilə bağlı suallarını cavablandırıb, komandaların günlük sosial proqramları ilə tanış olublar. 
Sonda qeyd olunub ki, bu tip irimiqyaslı düşərgələrin təşkilində ölkə universitetlərinin tələbə təşkilatları arasında ADPU-un TGT-si böyük təcrübəyə malikdir.


 
Geri qayıt