Əsas Səhifə > Dünya / Maraqlı > Tarixdə ilk dəfə 10 nəfər Yeni ili kosmosda qarşılayıb
Tarixdə ilk dəfə 10 nəfər Yeni ili kosmosda qarşılayıb2-01-2022, 10:31 |
İlk dəfə 10 nəfər Yeni ili kosmosda qarşılayıb. Onlarda yeddi nəfər Beynəlxalq Kosmik Stansiyada, üç nəfər isə Çinin "Tianqonq" stansiyasında olub.Şəffaflıq.az xəbər verir ki, bu barədə Roskosmos məlumat verib."Yeni 2022-ci ilin gəlişini ilk dəfə Yerə yaxın orbitdə on Yer adamı birlikdə qarşılayıb. Onların yeddisi Beynəlxalq Kosmik Stansiyada, üçü isə Çinin "Tianqonq" kosmik stansiyasında olublar. Bu, insanların kosmosun tədqiqinə başlayandan indiyə qədər orbitdə ən izdihamlı "Yeni il" şənliyi olub”, - deyə açıqlamada bildirilir. Qeyd olunur ki, 21 il ərzində ümumilikdə 83 nəfər Yeni ili BKS-də qarşılayıb. Bəzi kosmonavtlar və astronavtlar isə kosmosda bir dəfədən çox yeni ilə giriblər. Rusiyalı kosmonavt Anton Şkaplerov orbitdə dörd Yeni ili qeyd edib - 2012, 2015, 2018 və 2022. İndi kosmonavtlar Anton Şkaplerov və Peter Dubrov, NASA astronavtları Mark Vande Hai, Tomas Marşbern, Raca Çari, Keila Barron və Avropa Kosmik Agentliyinin astronavtı Mathias Maurer BKS-də, Zhang Zhiqanq, Vanq Yapinq və Ye Quanqfu gəmidə işləyirlər. Geri qayıt |